DİN futbolçuların düşdüyü qəza ilə bağlı məlumat YAYDI-YENİLƏNİB

15:41 07.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi “Mingəçevir” futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb.

İdarədən hafta.az-a verilən məlumata görə, bu gün saat 13:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində hərəkətdə olan "Mercedes" markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı "MACK" markalı yük avtomobili ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini "Mingəçevir" Futbol Klubunun əməkdaşı 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə YPX əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Bu barədə hafta.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.

"Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub.